Azərbaycanda 3 yeni turizm zonası açılır

31 Yanvar, 12:15

Mədəniyyət və Turizm Nazirliyi hazırda beynəlxalq tenderin nəticəsində 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Əbülfəs Qarayevin sözlərinə görə, bu ilin sonuna kimi turizm zonalarının layihələndirilməsi davam edəcək: “Bundan sonra isə onun icrasından danışmaq olacaq. Bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır”.

Nazir qeyd edib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox önəm verirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here