ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi “Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib.
VOİCEPRESS.AZ xəbər verir ki, hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.
Siyahıda yer alanlar sırasında Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, onun müavini Aleksey Qromov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, Dumanın spikeri Vyaçeslav Volodin, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və s. adı var.
Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.
VOİCEPRESS.AZ







