Ukraynalı oliqarx prezidenti məhkəməyə verdi

378739

Ukraynalı oliqarx Sergey Kurçenko Kiyev məhkəməsində ölkə başçısı Pyotr Poroşenkoya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması ilə bağlı iddia qaldırıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə yerli mətbuat informasiya yayıb.

Müraciətdə Ukrayna Prezidenti Pyotr Poroşenkonun 7 oktyabr 2016-cı ildə Odessada çıxışı zamanı işlətdiyi “cənab Kurçenko cinayətkardır” ifadəsinin böhtan xarakteri daşıdığı vurğulanıb.

“Sözügedən ifadə məhkəmə qərarı olmadan müəyyən bir şəxs barəsində işlədilə bilməz. Məhkəmə hökmü olmadan belə bir iddia ilə çıxış etmək böhtan xarakteri daşıyır. Bununla yanaşı şəxsiyyətin təhqir olunması anlamına gəlir və Ukrayna Konstitusiyasının tələblərinin birbaşa pozulmasıdır”, – biznesmenin mətbuat xidmətindən bildirilib.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləTillerson istefa verməsi barədə danışdı
Növbəti məqalədəŞiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin