Yenidən həccə getmək istəyənlər vergi verəcək – 535 dollar

5 Avqust, 22:16

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.

VOİCEPRESS bildirir ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.

“Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib. “Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək”, – deyə şirkətdən bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here