Yəməndə vəba qurbanlarının sayı 1890 nəfərə çatıb

5 Avqust, 04:11

Yəmənin səhiyyə naziri Nasir Baaum ölkədə vəba epidemiyasından 1890 nəfərin öldüyünü bildirib.

VOİCEPRESS bildirir ki, bununla bağlı əmirliyin “WAM” agentliyi xəbər verib.
Nazirin sözlərinə görə, bu rəqəm aprelin sonundan başlayaraq Yəmənin bütün əyalətlərində ölüm hadisələrinin olduğunu əks etdirir. Epidemiyanın ən çox yayıldığı ərazilər Həddjə, Sana, Hudeydə, Əmran və İbb əyalətləridir.
Nazir eyni zamanda qeyd edib ki, BƏƏ-dən, Səudiyyə Ərəbistanından və Küveytdən xeyriyyə təşkilatlarının dəstəyi nəticəsində bu xəstəlikdən ölüm faizi əhəmiyyətli dərəcədə azalıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here