Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) VOİCEPRESS-ə verilən məlumata görə, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıda təqdim olunur:
Təhsil forması
Qəbul planı
Qəbul olunub
Qəbulolma
faizi
Azərbaycan
bölməsi
Rus
bölməsi
Bölmələr
üzrə cəmi
Dövlət (ödənişsiz)
4279
3924
191
4115
96.17
Dövlət (ödənişli)
5063
4098
141
4239
83.73
Özəl
1125
631
18
649
57.69
Cəmi
10467
8653
350
9003
86.01
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
VOİCEPRESS.AZ