İƏT üzv ölkə rəhbərlərinin görüşü keçiriləcək

10 Avqust, 12:04

Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərin rəhbərlərinin görüşü keçiriləcək.

VOİCEPRESS xəbər verir ki, bu barədə Trend-ə İƏT-dən bildirblər.

İƏT-dən verilən məlumata görə, İƏT üzv ölkə rəhbərlərinin görüşünün Astanada keçirilməsi ilk dəfədir.

Təşkilatdan həmçinin onu da qeyd ediblər ki, görüşün avqustun sonu və ya sentyabrın əvvəlində keçirilməsi gözlənilir.

Görüşdə İƏT üzv ölkə rəhbərlərinin iqtisadi, sosial və siyasi məsələləri müzakirə edəcəyi gözlənilir.

İƏT-dən qeyd ediblər ki, hazırda görüşün təşkil edilməsi ilə bağlı hazırlıq işləri görülür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here