Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.
Fövqəladə Hallar Nazirliyi yanğın zamanı evsiz qalmış insanların müvəqqəti sığınacağı üçün ərazidə 22 ədəd çadır quraşdırıb ki, burada da 88 nəfər yerləşdirilib.
VOİCEPRESS xəbər verir ki, məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev modern.az-a açıqlama verib.
Qurum rəsmisinin sözlərinə görə, icra başçısı Zakir Fərəcov sakinlərlə görüşdə deyib ki, ilkin olaraq 10 gün müddətində yanğın zamanı yataqxananın yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir olunacaq və zərərçəkmiş köçkünlər məskunlaşdıqları evlərə yığışacaqlar.
“Amma bu da yanğından zərərçəkmiş köçkünlər üçün müvəqqəti sığınacaq olacaq. Çünki, qaçqın və məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək.
Burada sığınacaq tapmış 114 ailə isə oraya köçürüləcək”.
VOİCEPRESS.AZ