Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb

9 Avqust, 01:35

Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə “Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat verib.
Nəşrin məlumatında görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”.

“Washington Post” qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir.

Məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar. Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü – 20-30 kiloton təşkil etdiyini qeyd olunur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here