Səddam Hüseynin milyonları geri alındı

4 Avqust, 08:38

“Neft qarşılığında qida və dərman” proqramı çərçivəsində İraqın keçmiş lideri Səddam Hüseyn dönəmindən BMT-də qalan 131 milyon dollar Bağdada qaytarılıb.

VOİCEPRESS xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal deyib. O bildirib ki, sözügedən məbləğ 6 illik faizlə geri alınıb:

“BMT Baş katibliyi ilə keçirilən görüşlərdən sonra pulu geri almağı bacardıq”.

Qeyd edək ki, 2 avqust 1990-cı ildə Səddam Hüseyn rejiminin Küveytə müdaxiləsindən sonra BMT İraqa embarqo tətbiq etməyə başlamışdı.

Embarqonun tətbiqindən sonra BMT Təhlükəsizlik Şurası neft qarşılığında İraqın qida və dərman almasına icazə vermişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here