Rəqib çox güclü idi – Qriqorçuk

4 Avqust, 00:21

Hesabı biz açdıq, amma qoruya bilmədik.

VOİCEPRESS-in məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Panatinaikos”u qəbul edən “qırmızı-qaralar” ilk oyundakı kimi, yenə məğlubiyyətlə üzləşiblər. “Qəbələ” rəqibinə bu dəfə 1:2 hesabı ilə uduzub.

Oyunsonrası mətbuat konfransında Qriqorçuk nəticəni şərh edib: “Etiraf edim ki, hesabı açıb, amma qoruya bilmədiyimiz oyunlar olub. Amma bu hər dəfə qeydə alınmır. İki qol buraxdıqdan sonra rəqib qapısına daha 3 qol vurmalı idik. Lakin bunu bacarmadıq. Rəqib bu gün çox güclü idi. Həm fərdi cəhətdən, həm də sürət mənasında bizi üstələdilər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here