“İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq” – Həsən Ruhani

5 Avqust, 20:21

“Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir”.

VOİCEPRESS xəbər verir ki, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.

“Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir”, – deyə H. Ruhani qeyd edib.

Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: “İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here