QİÇS nədir?

2 Avqust, 05:17

Bu XX əsrin ən qorxulu xəstəliyi sayılır,Qazanılmış İmmunçatmazlığı Sindromu xəstəliyi İİVmikrobunun səbəb olduğu qan və cinsi əlaqə vasitəsilə yoluxan bir xəstəlıkdir.Bu virus orqanizmə daxil olduqda orqanizmin immun sistemini tamamilə yox edir.Bununla da yoluxmuş adamın digər xəstəliklərə qarşi həssaslığı artır və sadə soyuqdyməyə qarşı dözümü olmur.
VOİCEPRESS
immunitet.az-a istinadən bildirir ki, bu xəstəlik orqanizmə daxiı olduqda heç bir əlamətdə təzahür eləmir.Yaltızqan testində özuünü biruzə verir .Xəstənin heç bir narahatçılığı olmur.Lakin bu dövrdə xəstə başqalarını yoluxdura bilir.
QİÇS necə yoluxa bilir?
1Qanında bu virusu daşıyan biri ilə normal və ya qeyri normal şəkildə qoruyucusuz cinsi əlaqədə olduqda
2Hamilə və İİV virusu daşıyan ana hamiləlik vaxtı öz uşağına yoluxdura bilər
3QİÇS-ə yoluxmuş xəstənin qanı ilə təmasda olan zaman
(orqa nəqli zamanı,diş həkiminin alətləri vasitəsilə)
Xəstəliyin əlamətləri
Xəstəlik orqanizmə daxil olduqdan bir müddət sonra özünü biruzə verir.Qana daxil olan virus əvvəlcə qan hüceyrələrinə ziyan vurur və eritrositlərin sayını azaldır. daha sonra da aşağıdakı simptomlar meydana gəlir:
-İştahsızlıq
– Arıqlqma
-Hərarətin yüksəlməsi
-Bədənin bəzi yerlərində xırda yaralar
-Ağciyər xəstəlikləri
-Gecələr tərləmə
-İshal
-Öskürək
-Limfa vəzilərinin böyüməsi,
QİÇS dən necə qorunmalı?
Bu xəxtəlikdən qorunmaq üçün anti İİV tseti qoyulmalıdır. Əgər ELİSA testi neqativ çıxarsa 6 aydan sonra yenidən təkrar olunmalıdır.
QİÇS in müalicəsi
Tibbin bu qədər ikişaf etməsinə baxmayaraq xətəliyin müalicəsi tapılmayıb.Xəstənin ömrü bir az uzansın və rahat yaşasın deyə bəzi yüngülləşdirici dərmanlar tətbiq olunur Xəstə ömür boyu müalicə olunur.
Nələri bilməliyik?
Xəstəlik eyni boçqabdan yemək yeyərkən,yanaqdan öpuşərkən.öskurək vasitəsilə.qucaqlaşmaqla yoluxmaz.
Bu virusu daşıyanların bunları bilməsi vəətrafdakı adamları yoluxmadan qoruması daha vacibdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here