Qarpızın xərçəngdən qoruduğunu bilirdiniz?

7 Avqust, 19:27

Qida qaynağı ilə bol, 92%-i sudan ibarət olan qarpız A, B6, C vitaminləri, həmçinin, likopen, amin turşuları və antioksidant mənbəyidir. Yağsızdır, kalorisi azdır, natrium nisbəti aşağıdır. Orta ölçülü kasa qədər qarpız 80 kaloridir. VOİCEPRESS ailem.az-a istinadən qarpızın digər faydalarını təqdim edir.

Xərçəngdən qoruyucu təsiri var

Likopenlə ən zəngin olan meyvədir. Qarpız, pomidor, çəhrayı qreypfrut kimi qidalara qırmızı rəngi verən likopen sağlamlıq üçün çox əhəmiyyətlidir. Ürək, sümük sağlamlığı üçün faydalıdır və xərçəngdən qoruyucu təsiri var. Ən güclü iltihab önləyicilərindən biridir. Qarpız yetişib qırmızılaşdıqca likopen nisbəti artır. Beta karoten və fenolik anti-inflamatuarlar da qarpızda boldur.

Ürək və damar sağlamlığını qoruyur

Sitrulin qarpızda olan zülal quruluşa malik daşdır. Bədəndə arjin adlı amin turşusuna çevrilir. Ürək və damar sağlamlığını qoruyur, qan dövranına kömək olur. İdman edənlərdə əzələ ağrısı meydana gəlməsinə mane olar. Piylənmədən əziyyət çəkənlərdə təzyiqi aşağı salır.

İmmunitet sistemini tənzimləyir

Qarpız kolin tərkiblidir. Kolin bədəndə iltihabı təzyiq altına salır. Stress, hava çirkliliyi, xroniki xəstəliklərdən meydana gələn iltihab bədənə zərər verərkən, kolin zərərli təsirlərə qarşı immunitet sistemini nizamlayır.

Bədənin su və ion ehtiyacını qarşılayır

İsti havada bədənimizdəki suyu itiririk. Qarpız bədənin su və ion ehtiyacını qarşılamaq üçün idealdır. Lif tərkibi sayəsində bağırsaqların normal işini təmin edər.

Dəri və saçların nəmliliyini artırır

Qarpızda olan A vitamin dəri və saçın nəmliliyi və canlılığı üçün çox lazımlıdır. Yeni elastin və kollagen hüceyrələrinin meydana gəlməsini təmin edir. Qarpızın hər yerində, qabığın üzərindəki ağ təbəqədə belə, faydalı maddələr var.

Uşaqlar qarpızı nə zaman yeyə bilər?

Körpələr 8-10 ay arası qarpız yeməyə başlaya bilər. İlk sınaqlarda digər meyvələrin suyu ilə birlikdə verilməsi doğru olar.

Qarpızın tarixçəsi

Beş min il əvvəl misirlilərin heroqlif yazılarında qarpıza rast gəlinir. Köhnə misirlilər kral məzarlarına kralın ölümdən sonra qidalanması üçün qarpız qoyurmuşlar. İlk olaraq Afrika çöllərində yetişdiyi güman edilən bu meyvə, 10-cu əsrdə Aralıq dənizi ticarəti ilə Çinə qədər gedib çatıb. Çin bu gün dünyanın ən çox qarpız yetişdirilən ölkəsidir. Ərəblər 13-cü əsrdə qarpızı Avropaya gətiriblər. Amerika qitəsinə afrikalı kölələr tərəfindən aparılıb. Bu gün Amerika qitəsində iki yüzdən çox qarpız növü bitir.

Qarpızın zərəri varmı?

Qarpızda olan likopen faydalı olmaqla yanaşı, gündə 30 mg-dan çox yeyildikdə ürək bulanma, ishal, qarında şişmə yaradır. Kaliumu yüksək olanlar məhdud miqdarda qarpız yeməlidir. Çox qarpız yedikdə şəkər miqdarı qalxar. 280 qr qarpızda 20 qr şəkər var. Təbii şəkər olmaqla yanaşı, kalorisinə diqqətli olmaq lazımdır.

Qarpız balqabaq və xiyarın daxil olduğu ailə qrupundandır. Bu yemək qrupuna allergiyası olanların qarpıza da allergiyası olur. Qarpız yeyərkən damaq qaşınması, qıcıqlanması kimi şikayətləri olanlar ondan uzaq dursun.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here