Ölən dilənçinin evindən xəzinə çıxdı

3 Avqust, 13:51

İraqın paytaxtı Bağdadın cənubundakı Nəcəf şəhərində dünyasını dəyişən bir dilənçinin evində 72 milyon 322 min İraq dinarı və zinət əşyaları aşkar edilib.

VOİCEPRESS sputnik-ə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı aldığı məlumat əsasında adamın evində apardığı araşdırmalar nəticəsində milyonlarla İraq dinarı, valyuta və daş-qaşların olduğu torbalar tapıb.

Hesablamalar nəticəsində dilənçinin xəzinəsində 72 milyon 322 min İraq dinarı (64 min dollar), 562 dollar, 90 Səudiyyə rejiminin riyalı, 119 Livan lirəsi, 10 avro, 300 Küveyt dinarı, 440 İran tüməni, 70 Əfqanıstan rupisi, 300 Pakistan rupisinin olduğu müəyyən olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here