Nasist qartalının pulu orduya xərclənəcək

7 Avqust, 10:22

Uruqvayın hakimiyyət dairələri 1939-cu ildə Montevideo şəhər limanında reyddə durarkən partladılaraq batırılmış “Admiral Qraf Şpee” kreyserini bəzəmiş bürünc nasist qartalını satmaq niyyətindədir.

VOİCEPRESS Daily Mail-ə istinadən bildirir ki, 1920-1930-cü illərdə dünyanın ən modern hərbi gəmilərindən sayılan “Qraf Şpee” Cənubi Atlantikada ticari gəmilərə hücum edərək onları batırırdı.

Lakin 1939-cu ildə La-Plata yaxınlığında Britaniya kreyser eskadrası ilə qarşılaşan “Qraf Şpee” zədələr almışdı.

London da bəyan etmişdi ki, gəmi Uruqvayın ərazi sularından çıxan kimi Britaniya Karl Hərbi-Dəniz Qüvvələrinin gəmilərinin hücumuna məruz qalaraq batırılacaq.

Gəminin kapitanı Hans Lanqsdorf ruhdan düşüb, Berlinə məlumat yollayıb. Ona gəmini batırmaq əmr olunub.

“Qraf Şpee”nin heyəti sahilə çıxandan sonra neytral Argentinaya deportasiya olunmuşdu. Qraf Lanqsdorf isə Buenos-Ayresdə 1939-cu ilin dekabrın 20-də tapança ilə özünü vuraraq intihar etmişdi.

400 kq çəkisi olan nəhəng bürünc nasist qartalı və svastikanı isə iş adamı Alfredo Etçeqaray 2006-cı ildə okeanın dibindən çıxarmışdı.

Uruqvayın Ali Məhkəməsinin qərarına görə, nasis artefaktı millətə məxsusdur. Onun satışından əldə edilən məbləğin 50 faizi Etçeqaraya çatacaq.

Qartalın 15 milyon dollara satılması gözlənilir.

Uruqvay hökuməti məbləği ölkənin silahlı qüvvələrinə yönəldəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here