Müharibəni Saakaşvili başladı – Burcanadze

9 Avqust, 02:19

Cənubi Osetiyada 2008-ci ilin avqustunda hərbi fəaliyyətlərin başlanmasında bütün məsuliyyət eks-prezident Mixail Saakaşvilinin üzərindədir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze deyib.

Xanım Burcanadzenin fikrincə, Gürcüstanda bu barədə danışmaq uyğunsuz sayılır və ümumiyyətlə heç kim müharibəni Saakaşvilinin başlaması barədə danışmaq istəmir.

“Müharibəni Saakaşvili başladı. Bu faciəli hadisələrdə məsuliyyət ilk növbədə onun üzərinə düşür. Gürcüstan mətbuatı indi Saakaşvilini düşmən elan edib. Avropa Şurası komissiyasının tətqiqatlarının artıq müvafiq nəticələri bəlli olsa da, mətbuat Saakaşvilinin günahlarından danışmır”, – Burcanadze bildirib.

Qeyd edək ki, 8 avqust 2008-ci ildə Gürcüstan tərəfi Cənubi Osetiyaya hücum etmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here