Minsk qrupu işğalçı ölkə ilə işğal qurbanı arasında etimadı möhkəmləndirməyə hazırlaşır

11 Avqust, 15:05

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri etimadın möhkəmləndirilməsi üzrə addımlar atmalıdır.

VOİCEPRESS-in məlumatına görə, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: “Tam demilitarizasiya arzu olunsa da, başa düşürük ki, hazırda buna nail olmaq çətindir. Amma biz yeni silahlı toqquşmaların baş vermə ehtimalını azaltmalıyıq. İlk növbədə qarşıdurma xəttində snayperləri yığışdırmaq, beynəlxalq vasitəçilərin sayını artırmaq və həmin ərazilərdə izləmə qurğuları yerləşdirmək lazımdır”.

Minsk qrupu vasitəçiləri hesab edir ki, Nyu-Yorkda planlaşdırılan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra prezidentlər səviyyəsində görüş təşkil etmək mümkün olacaq. Həmsədrlər münaqişənin həlli üçün “hərtərəfli sənəd” hazırlayıblar.

Rəsmi Bakı öz növbəsində dəfələrlə qeyd edib ki, Azərbaycan torpaqları işğal altında qalmaqda davam etdikcə, heç bir tədbir işğalçı ölkəyə qarşı etimadı möhkəmləndirə bilməyəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here