Meyxanaçı Ağakərim yenidən xəstəxanaya aparıldı

3 Avqust, 12:28

Meyxana ustası Ağakərim (Kərim) Novruzov ötən gün növbəti dəfə həkim nəzarətində olub.

Bu barədə VOİCEPRESS-ə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, dayısının vəziyyəti nisbətən normallaşıb:

“Həkimlər deyirlər ki, yaxşı olacaq. Bir müddət həkimə aparıb gətirməliyik. Artıq özü də danışa bilir. Telefonlara da cavab verə bilir. Allahın köməyi ilə daha yaxşı olacaq”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here