Keçmiş nazir prezidenti məhkəməyə verir

7 Avqust, 15:33

Moldovanın keçmiş müdafiə naziri Anatoli Şalaru ölkə prezidenti İqor Dodonun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

VOİCEPRESS xəbər verir ki, Şalaru Moldova Prezidenti İqor Dodonun milli ordunun ABŞ-ın “Xarici Hərbi Maliyyələşdirmə” proqramı çərçivəsində maliyyələşdirilməsinə əngəl olduğunu bildirib. Şalarunun sözlərinə görə, Moldova hökuməti ordunun regional hərbi təlimlərdə iştirak etməsinə icazə verməyərək bu yardımın qarşısını alıb.

“Dodon hökumətinin milli müdafiə sisteminə qarşı qeyri-qanuni addımları təsirini göstərməyə başlayıb. ABŞ milli orduya “Xarici Hərbi Maliyyələşdirmə” proqramı çərçivəsində yardımları dayandırıb. Bu yolla Moldova ordusu islahatlar və modernləşdirmə üçün nəzərdə tutulan 12.7 milyon dollar vəsaiti itirib. Bəyan edirəm ki, Moldova milli müdafiə sistemini zədələməyə yönəlmiş tədbirlər gördüyü üçün İqor Dodon barəsində cinayət işi başladılmasına çalışacam”, – Şalaru sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Moldova qanunvericiliyinə görə prezident müstəsna səlahiyyətlərə sahib, toxunulmaz şəxs hesab edilir. Onun barəsində cinayət işi açılması üçün mütləq parlament qərar qəbul etməlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here