Çində zəlzələ: xəsarət alanların sayı 343 nəfərə çatıb

10 Avqust, 08:24

Çinin Sıçuan vilayətində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 343 nəfərə çatıb.

VOİCEPRESS bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
“Çərşənbə axşamı, saat 22:10-a olan məlumata görə, Çzyuçjayqou kəndində 7 maqnitudalı zəlzələ nəticəsində 19 nəfər həlak olub, daha 343 nəfər xəsarət alıb”, – deyə telekanalın məlumatında bildirilir.
Qeyd olunur ki, 13 nəfər ağır xəsarət alıb, onlardan 2-nin vəziyyəti kritikdir. Tibet-Sayan muxtar vilayətinin Sıçuan vilayətinin Çzyuçjayqou kəndində baş vermiş zəlzələ 6,5 maqnitudalı olub. Sonradan Çinin Seysmologiya Mərkəzi zəlzələnin 7 maqnitudalı olduğunu dəqiqləşdirib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here