Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.
VOİCEPRESS xəbər verir ki, AMEA-dan report-a verilən məlumata görə, meteorit axını hər il 17 iyul – 24 avqust tarixlərində baş verir.
Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir. Keçən ildən fərqli olaraq, bu il sakinlər daha az “düşən ulduz” görəcəklər.
Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, bu il orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.
VOİCEPRESS.AZ