2100-cü ildə isə Ermənistan əhalisi vur-tut 1,793 milyon təşkil edəcək.
VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikası ilə bağlı hesabatında əks olunub.
Sənəddə 2100-cü ilədək təxminlənən demoqrafik proseslər də əks olunub.
BMT hesablamalarına görə, bu ilin ilk 3 ayında Ermənistanda əhali artımı cəmi 497 nəfər olub. Bəhs olunan rəqəm ötən ilin müvafiq dövründəki statistika (1381 nəfər) ilə müqayisədə xeyli azdır.
Üstəlik, Ermənistanda demokratik azalma artıq 5 ildir ki, davam edir.
İrəvanda çıxan “Haykakan Jamanak” da ölkədəki demoqrafik fəlakəti etiraf edir. Belə ki, 2017-ci ilin rübündə Ermənistanda 3544 nikah qeydə alınıb. Halbuki, 4 il əvvəl bu rəqəm 4744 idi.
Ermənistan Milli Statistika Xidmətinin açıqladığı hesabata görə, ölkə əhalisindəki azalma mənfi miqrasiya saldosu, yəni ölkəni tərk edənlərin sayının ölkədə doğulanların sayından çox olması ilə bağlıdır.
Ermənistan prezidenti Serj Sarkisyan isə həmişə olduğu kimi, idiotizmindən və çox aşağı səviyyəti intellektual qabiliyyətindən qaynaqlanan açıqlamalarla çıxış edir.
Məsələn, o, ölkə parlamentinin 6-cı çağırış heyətinə ünvanladığı müraciətində ölkə və hakimiyyət qarşısında “əhalinin sayının 2040-cı ilədək 4 milyon nəfərədək artırılması” tapşırığı qoyub. Daha sonra o, Ermənistanın qarşısında duran, ermənilər can atdıqları və reallaşdırmaları gərəkən digər məqsədləri də açıqlayıb.
Məsələn, Serj Sarkisyan illüziyalara qapılaraq bəyan edib ki, 2016-2040-cı illərdə Ermənistan ümumdaxili məhsulun 5 faizlik orta illik artımına nail olmalı, ÜDM-i 57-60 milyard dollara çatdırmalı və bununla da 5,5 dəfəlik artımı gerçəkləşdirməlidir.
Ermənistanda hazırda adambaşına düşən ÜDM payı 3500 dollardır. Sarkisyan isə bu rəqəmi 2040-cı ildə 15 min dollara çatdırmaq, üstəlik, ölkə əhalisinin sayını artırmaq istəyir.
Bundan başqa, Sarkisyan ölkənin ixracatını 55 faiz artırmaq, minimal əmək haqqını isə 2043-cü ilədək ən azı 300 faiz yüksəltmək istəyir.
Beləliklə, yoxsul, səfil, işsizliyin fəlakət həddinə çatdığı, mühacirətin həndəsi silsilə ilə böyüdüyü Ermənistanda hakim cinayətkar dəstənin başında duran marazmatik Sarkisyan 23 illik “makroplan”ını açıqlayıb.
Halbuki, 23 illik makroiqtisadi göstəriciləri açıqlamaq, ölkə və hakimiyyət qarşısına belə məqsədlər qoymaq absurddur. Normal, sivil ölkələrdə belə planlar ən uzağı 5 illik müddətə hesablanır.
21-ci əsrdir. Texnologiyalar sürətlə inkişaf edir, dünya iqtisadiyyatı qəfil və xaotik dəyişikliklərə məruz qalır: belə situasiyada 23 il sonrakı perspektiv üçün hesablanmış planları açıqlamaq ən azı qeyri-ciddilikdir.
Normal iqtisadçılar S.Sarkisyanın bəyanatını eşidiblərsə, ən azı rişxəndlə gülümsəyiblər.
Ermənistandakı situasiyanın qismən də olsa, normallaşması üçün ilk əvvəl 3 problem tam həll olunmalıdır:
1. Mühacirət edənlərin sayı azalmalıdır
2. Doğuşların sayı artmalı, orta yaşam sürəyi yüksəlməlidir
3. Müxtəlif səbəblərdən Ermənistanı tərk edənlərin geri dönüşü üçün sövqedici şərait olmalıdır.
İrəvanın belə imkanları varmı? Olmayıb, yoxdur və olmayacaq.
BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı direktoru Qarik Hayrapetyan da hesab edir ki, 2040-cü ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatması mümkün deyil.
“Bu, heç nəzəri baxımdan da ağlabatan deyil. Yaxın 25 il ərzində ölkə əhalisi heç olmasa 300 min nəfər artarsa, bunu artıq fantastik uğur saya bilərik”, – Q.Hayrapetyan deyib.
Qayıdaq statistikaya. Bu ilin ilk 3 ayında Ermənistanda 497 nəfər doğulub. Rəqəm ötənilki göstəricidən (1381) 3 dəfə azdır. Ermənilər üçün ən pisi isə odur ki, doğuşların sayındakı kəskin azalma 2012-ci ildən bəri davam edir.
Ermənistanı illərdən bəri yaşadığı demoqrafik faciədən yalnız ölkədən gedənlərin kütləvi şəkildə geri qayıtması qurtara bilər.
Bunun üçünsə ölkədə radikal, köklü, genişmiqyaslı iqtisadi və siyasi islahatlar aparılmalı, ermənilərin yaşadığı məkan demokratik dövlətə çevrilməlidir.
İrəvandakı rejimi, ondan əvvəlki hakimiyyətləri və xüsusilə də ölkənin siyasi perspektivlərini nəzərə alsaq, sadalananlar mümkün deyil.
Eyni zamanda, ölkədə doğuşların sayı da artmalıdır ki, bunun üçün iqtisadi vəziyyət normallaşmalı, erməni qadınlar dünyaya gətirəcəkləri övladlarının işsizlik və səfilliklə qarşılaşmayacaqlarına, xüsusilə də Dağlıq Qarabağda məhv olmayacaqlarına əmin olmalıdırlar.
Bu əminlik də yoxdur erməni qadınlarda.
Ermənistan sürətlə qocalan ölkəyə çevrilib. Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ildə ölkə vətəndaşlarının ən azı 25 faizi yaşları 60-dan yuxarı insanlar olacaqlar.
İqtisadi, sənaye, siyasi və maliyyə perspektivləri mücərrəd, dumanlı ölkə əhalisinin 1/4-ni təşkil edəcək ahılları normal şərtli yaşamla təmin edə biləcəkmi?
Çətin.
Erməni ekspertlər də etiraf edirlər ki, Ermənistandakı demoqrafik situasiyanın normallaşması üçün Dağlıq Qarabağ münaqişəsi çözülməlidir.
Axı Ermənistanda çox insan məhz Dağlıq Qarabağda yeni müharibə qorxusudan ölkədən qaçırlar.
Zavallı və biçarə ermənilər…
VOİCEPRESS.AZ