VOİCEPRESS xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında son zamanlar Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması və dinc sakinləri hədəfə alması ilə bağlı danışan millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, beynəlxalq təşkilatların və dünyada söz sahibi olan güclərin dinc Azərbaycan əhalisinin ermənilər tərəfindən hədəf alınmasına göz yumması, hətta onları ilhamlandırması 200 ildən çoxdur ki, davam edir:
“Çox uzağa getmədən 20-ci əsrin sonu Xocalı soyqırımı və ermənilər tərəfindən törədilən çoxlu kütləvi qırğınlar, Avropanın müxtəlif ölkələrində türk diplomatların məhvi bunun bariz nümunəsidir. Ermənilər tarixən dinc mülki şəxslərə, körpələrə, qocalara, qadınlara qarşı bu cür vəhşiliklər törədiblər. Ancaq indiyə qədər hər hansı bir beynəlxalq qurum Ermənistana heç bir sanksiya tətbiq etməyib. Sanki onların erməni terror təşkilatları ilə qeyri-rəsmi razılaşması var. 25 ildir ki, torpaqlarımız işğal altındadır, 1 milyondan çox azərbaycanlı qaçqın düşüb, ancaq Ermənistan hələ də cəzasını çəkməyib. Ermənilərə cəza verəcək yeganə bir qüvvə var, o da Azərbaycan Ordusudur. Yalnız Azərbaycan əsgəri öz sözünü deyəndən və ermənilər torpaqlarımızdan təmizlənəndən sonra bu təxribatların qarşısı alınacaq”.
VOİCEPRESS.AZ