VOİCEPRESS ailem.az-a istinadən dənizin saymaqla bitməyən faydalarını diqqətinizə çatdırır.
1. Dəniz suyunun dəriyə faydalı olduğu danılmaz həqiqətdir. Bunun üçün kosmetika və dərman sektorları da dəniz suyundan bolluca istifadə edirlər. Dəniz suyunda olan maqnezium və hidrat, dərinin gənc və parlaq görünməsi üçün əhəmiyyətli bir mineraldır.
2. Sızanaqların qurudulmasında, dərinin yenilənməsində və qara nöqtələrin təmizlənməsində də təsirlidir.
3. Depressiya kimi müxtəlif ruhi pozuqluqları dəniz suyundaki maqnezium, brom, litium maddələri müalicə edir. Bu maddələr beyindəki melatonin və serotonin səviyyəsini tənzimləyir.
4. Dənizin duzlu suyu saçların kəpəklənməsinin qarşısını alır, saça parlaqlıq verir.
5. Dəniz suyunda olan yod immunitet sistemini gücləndirir. Dəniz suyundakı vitaminlərin, mineralların əmilməsi bədənin xəstəliklərə tutulmasına səbəb olan toksinlərin atılmasını təmin etmək üçün dəridəki məsamələri açır və allergik xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayır. Antiseptik olan dəniz suyu infeksiya, göbələk, bakteriya və mikrobları öldürmək üçün bədənin müqavimətini artırır.
6. Özünüzü üzərkən dənizin elektromaqnit enerji sahəsində hiss edirsiniz ki, bu, bədəninizin yeniləmə prosesikömək edir. Həmçinin sahildəki hava, qanın və toxumaların təmizlənməsinə köməkçi olan yüklü ionlara malikdir.
7. Mütəxəssislər yüngül dalğalı dənizin belə, faydalı ola biləcəyini söyləyir. Beləliklə, suyun səthində qalmağa çalışarkən xərclədiyimiz kalorini artırır və bədənimizi masaj edir, qan dövranını sürətləndirir.
8. Amerikalı bioloq Wallace J. Nichols dəniz suyunun insan qanının tərkibinə ən yaxın maye olduğunu söyləyir. Kalsium karbonat, maqnezium xlorid, maqnezium sulfat kimi çox faydalı maddələri bol miqdarda ehtiva edir. Dəriyə nüfuz edən dəniz suyu qan dövranı sistemində bədənin funksiyalarını tənzimləyir.
9. Dəniz suyu yara izlərini yaxşılaşdırır, eqzemaya yaxşı təsir göstərir.
10. Dənizin duzlu suyu bütün sinus yollarını təmizləyir. Üst tənəffüs yollarına, astma, öskürək kimi tənəffüs problemlərinə qarşı ən yaxşı müalicə üsulu hesab olunur.
11. Üzmək ağciyərlərin tutumunu artıran ən əhəmiyyətli fiziki müalicələrdən biridir. Dik dayana bilməmək problemlərini də aradan qaldırır.
12. Harvard Medical School, qumluqda keçirilən günün ən böyük faydasının bədənimizdə D vitamini saxlamaq olduğunu söyləyir.
13. Dəniz kənarında keçirdiyiniz bir neçə saatda bədəninizi dincəldərsiniz. İsveçdəki University of Gothenburga görə texnologiyadan uzaq qalmaq üçün bu yaxşı bir fürsətdir.
14. Qumsalda keçirdiyiniz bir günün ardından çox gözəl yatarsınız. Dəniz suyunda olan maqnezium, əzələləri və sinirləri sakitləşdirərək stressi azaltmağa kömək edir.
15. Qum, ayağa tətbiq oluna ən gözəl piilinqdir. Həmçinin dəri elastikliyini də artırır.
VOİCEPRESS.AZ