Dairəvi stend atıcılığının qarışıq komanda yarışlarında Fransa yığması qızıl medal qazanıb

2 Avqust, 19:49

Fransa yığması atıcılıq üzrə Avropa çempionatının dairəvi stend atıcılığının qarışıq komanda yarışlarının qalibi olub.

VOİCEPRESS rend-ə istinadən bildirir ki, Fransa atıcıları Terras Anthony, Lucie Anastassiou çempionatın qızıl medalını qazanıblar.

Kipr təmsilçiləri Dimitris Konstantinou və Andri Eleftheriou gümüş, İtaliya atıcıları Qabriele Rossetti, Bacosi Diana isə bürünc medala layiq görülüblər.

Azərbaycan idmançıları Fuad Qurbanov və Regina Meftahətdinova yarışda dördüncü pillə ilə kifayətləniblər.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here