VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, ikincü gün 14 cüt münasibətlərini aydınlaşdırıb.
Bu cütlərdən 9-u “Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparırdı. Azərbaycan çempionu məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.
Liqa yolunda keçiriləcək 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda “Sevilya”, “Napoli”, “Liverpul”, “Hoffenhaym” və “Sportinq” kimi rəqiblərlə qarşılaşacaq. III təsnifat mərhələsində uduzacaq 15 komanda isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.
Qonşu Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında “Brügge” ilə qarşılaşıb. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə 2:0 hesablı qələbə ilə turu keçiblər.
Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
3 avqust
BATE (Belarus) – “Slaviya” (Praqa, Çexiya) – 2:1
Qollar: Sinyeviç, 5, Staseviç, 46 – Şkoda, 44
İlk oyun – 0:1
APOEL (Kipr) – “Vitorul” (Rumıniya) – 4:0 (əlavə vaxtda)
Qollar: Karlao, 54, Merkis, 93, de Kamarqo, 90+4, Efrem, 105
İlk oyun – 0:1
“Kopenhagen” (Danimarka) – “Vardar” (Makedoniya) – 4:1
Qollar: Qrequs, 2, Lüftner, 26, Santander, 75, Sotriu, 88 – Nikolov, 19
İlk oyun – 0:1
“Ludoqorets” (Bolqarıstan) – “Hapoel” (Beer Şeva, İsrail) – 3:1
Qollar: Vanderson, 9, 33, Marselinyo, 56 – Qadir, 61
İlk oyun – 0:2
“Hafnarfyordur” (İslandiya) – “Maribor” (Sloveniya) – 0:1
Qol: Tavares, 90+2
İlk oyun – 0:1
“Olimpiakos” (Yunanıstan) – “Partizan” (Serbiya) – 2:2
Qollar: Qarsela Qonzales, 22, Fortunis, 51 – Sumah, 33, Curceviç, 88
İlk oyun – 3:1
“Legiya” (Polşa) – “Astana” (Qazaxıstan) – 1:0
Qol: Çervinski, 76
İlk oyun – 1:3
“Riyeka” (Xorvatiya) – “Zalsburq” (Avstriya) – 0:0
İlk oyun – 1:1
“Rusenborq” (Norveç) – “Seltik” (Şotlandiya) – 0:1
Qol: Forest, 69
İlk oyun – 0:0
Liqa yolu
MOİK (Moskva, Rusiya) – AEK (Yunanıstan) – 1:0
Qol: Naço, 74
İlk oyun – 2:0
“Başakşəhər” (Türkiyə) – “Brügge” (Belçika) – 2:0
Qollar: Adebayor, 7, Viska, 34
İlk oyun – 3:3
“Viktoriya” (Çexiya) – “Styaua” (Rumıniya) – 1:4
Qollar: Krmençik, 64 – Balaşa, 27, Teyşeyra, 71, Tanase, 76, Alibek, 79 (pen.)
İlk oyun – 2:2
“Yanq Boyz” (İsveçrə) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:0
Qollar: Oarao, 13, Mvula, 89
İlk oyun – 1:3
“Ayaks” (Hollandiya) – “Nitsa” (Fransa) – 2:2
Qollar: Van den Bek, 26, Sançez, 57 – Suket, 3, Marsel, 79
İlk oyun – 1:1
VOİCEPRESS.AZ