VOİCEPRESS xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmisi polkovnik Çjou Bo Hindistan ordusunun ehtiyyatda olan general-mayoru Aşok Mexta ilə televiziya kanallarından birində keçirilən debat zamanı deyib.
Aşok Mexta Çin mətbuatının münaqişə ilə bağlı qəzəbli bəyanatlar verməklə Hindistanı konfliktə daxil etməyə çalışdığını bildirib. O, həmçinin Doklam bölgəsinin münaqişəli ərazi olduğunu deyib.
General-mayorun iddialarına cavab verən polkovnik Çjou Bo Hindistan tərəfini Çin ərazisindən çıxmağa çağırıb:
“Butan bizimlə danışıqların 24 raundunda iştirak edib və heç vaxt Doklamın Çin ərazisini olması məsələsini sual altında qoymayıb”.
Xatırladaq ki, Çinlə Hindistan arasında Doklam bölgəsi ətrafında münaqişələr iyun ayından davam edir.
VOİCEPRESS.AZ