Belarus Dövlət Sərhəd Komitəsi və DSX arasında Fəaliyyət Planı imzalandı

10 Avqust, 11:26

Belarusun Dövlət Sərhəd Komitəsi və Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) arasında 2 illik Fəaliyyət Planı imzalanıb.

DSX-nın Mətbuat Mərkəzindən VOİCEPRESS-ə verilən məlumata görə, Azərbaycanda səfərdə olan Belarusun Dövlət Sərhəd Komitəsinin sədri general-mayor Anatoliy Lapponun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında görüş olub.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Belarus arasında sərhəd mühafizəsinin müvafiq sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspek­tivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə, həmçinin inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə beynəlxalq layihələr çərçivəsində birgə fəaliyyətlərin davam etdirilməsi, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Belarus nümayəndələrinə ətraflı məlumat verib.

Görüşün sonunda Belarusun Dövlət Sərhəd Komitəsi və Azərbaycan DSX arasında 2 illik Fəaliyyət Planı imzalanıb.

Avqustun 11-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin DSX-nın Bakı şəhəri və regionlardakı struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanışlığı, ölkəmizin mədəni-tarixi yerlərini ziyarət etməsi nəzərdə tutulur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here