Saytlarda təzə bazar bağlandı adı altında yayılan xəbərlər təşvişə səbəb olub. Buna görə məsələnin əslini öyrənmək üçün paytaxtın mərkəzində yerləşən bu bazara üz tutduq.
Mağazalar açıq, bazar isə fəaliyyətdə. VOİCEPRESS xəzər tv-yə istinadən xəbər verir ki, bazarın baş nəzarətçisi Qabil Quliyev bildirir ki, bazarın bağlanması ilə bağlı məsələ müzakirə mövzusu deyil. Sadəcə idarəçilik formasında dəyişiklik ediləcək.
Qabil Quliyev onu da bildirdi ki, təzə bazar yaxın zamanlarda yeni görkəm alacaq və bazarda hər şey müasir tələblərə uyğun olaraq qurulacaq.
Xatırladaq ki, təzə bazar həm də ev heyvanlarının ən çox satıldığı yer olaraq da tanınır.
VOİCEPRESS.AZ