Azərbaycanın əməkdar mühəndisi vəfat etdi

8 Avqust, 11:55

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi, əməkdar mühəndis Yusif Qazıyev vəfat edib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, Y.Qazıyev 2008-ci ildən vəfat edənə qədər “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Qaziyev Yusif Cəbrayıl oğlu 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here