Azərbaycan nefti bahalaşdı

4 Avqust, 08:56

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 53,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur. VOİCEPRESS xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 51,06 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 2-də 52,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here