Avroparlamentari: “Beynəlxalq ictimaiyyət Ermənistanın daim beynəlxalq hüquqları pozmasına biganə qalmamalıdır”

8 Avqust, 15:55

Beynəlxalq ictimaiyyət, ilk növbədə BMT və Avropa İttifaqı (Aİ) Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda baş verən beynəlxalq hüquq pozuntularına biganə qalmamalıdır.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Avropa Parlamentinin üzvü, Sloveniyalı deputat İvo Vayql deyib.

O deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, amma diplomatik laqeydlik və passivlik beynəlxalq hüquq prinsiplərinə əsaslanan dinc nizamlanmaya gətirib çıxarmır. Bu cür həll yolu tapılmayanadək dinc sakinlər arasında ölüm halları davam edəcək”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə almasının nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here