İranda metro qəzası – Çox sayda yaralı var

6 İyun, 20:07

Tehran metropolitenində iki qatarın toqquşması nəticəsində 48 sərnişin xəsarət alıb.

VOİCEPRESS
xəbər verir ki, bu barədə İran dövlət televiziyasının məlumatında bildirilir.

Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mökəddəm bildirib ki, tuneldən çıxan qatar “Taraşt” stansiyasında dayanmış digər qatarla toqquşub.

İnsident yerli vaxtla 18.15-də (Bakı vaxtı ilə 17.45-də) baş verib.

Xəsarət alan sərnişinlər şəhərin üç xəstəxanasına yerləşdiriliblər.

Hadisəyə səbəb qatarın əyləc sistemində yaranmış problem olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here