Putindən Trampa tam dəstək: Dərindən düşünün

3 İyun, 10:56

ABŞ Prezidenti Donald Trampın ölkəsinin Paris İqlim Razılaşmasından çıxması ilə bağlı verdiyi qərar tənqid edilməməlidir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Sankt-Peterburqda baş tutan Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı deyib.

“Tramp bəlkə də Obamanın dövründə həyata keçirilən razılaşmanın çox da avantajlı olmadığı fikrindədir. Məsələni dərindən dəyərləndirmək lazımdır”, – dövlət başçısı bildirib.

Kreml rəhbəri onu da əlavə edib ki, razılaşmanın tərəfləri olan ölkələr konkret müddəaları ortaya qoyduqdan sonra Rusiya bu birliyə qoşulub-qoşulmayacağını müəyyən edəcək.

Qeyd edək ki, dünən Tramp ölkəsinin sözügedən razlaşmadan çıxması ilə bağlı qərar qəbul edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here