Müqəddəs Ramazan ayı münasibətilə İmişli rayonu Ağaməmmədli kəndində iftar süfrəsi açılmışdır

8 İyun, 21:00

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, millət vəkili Xanhüseyn Kazımlı, ağsaqqallar, gənclər və Qarabağ seyidlər ocağının nümayəndələri, əsasən oruc tutan insanlar iştirak etmişdilər.

VOİCEPRESS xəbər verir ki, çıxış edənlər Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani Kərimin məhs bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs etmiş, tezliklə işğal altında olan torpaqlarımızın azad olunması, dövlətimizdən sabitlik və əminamanlığın əskik olmaması üçün dualar etmişlər.

Allah tutulan orucları, edilən duaları, qılınan namazları qəbul etsin! AMİN.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here