HƏMAS-dan Ərəbistanın tələbinə – Cavab

7 İyun, 14:15

HƏMAS Səudiyyə Ərəbistanının Qətərdən bu təşkilata dəstəyini dayandırmaq tələbini qınayıb.

VOİCEPRESS xəbər verir ki, HƏMAS-ın yaydığı açıqlamada “Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyrin HƏMAS-a qarşı təhrikedici açıqlamalarını qınayırıq” qeyd edilib.

Açıqlamada Cübeyrin sözlərinin HƏMAS tərəfindən təəccüblə qarşılandığı bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Qətərlə münasibətləri normallaşdırmaq üçün irəli sürdüyü tələblərdən biri də bu ölkənin HƏMAS-a dəstəyini dayandırmasıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here