Ermənilər işğal altında olan ərazilərə od vurdular

7 İyun, 18:55

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti yanğın törədiblər.

VOİCEPRESS xəbər verir ki, alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir.

Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib.

Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here