Əfqanıstan prezidenti Əşraf Qani ötən həftə Kabulda baş verən terrorda ölənlərin sayının 150-yə çatdığını açıqlayıb.
VOİCEPRESS xəbər verir ki, prezident Kabulda diplomatları ilə görüşdə bildirib ki, terrorda 150-dən çox insan ölüb, 300-dən çox insan isə müxtəlif yanıq xəsarətləri və amputasiyalarla xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Əfqanıstanın paytaxtında güclü partlayış mayın 31-də baş vermişdi. Terrora görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürmüşdü.
VOİCEPRESS.AZ







