Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub

12 İyun, 09:03

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni rəis müavinləri təyin olunub.

VOİCEPRESS xəbər verir ki, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin ediliblər.

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.

Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.

Qeyd edək ki, may ayının 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here