VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının da yer aldığı Avropa zonasında C, E və F qrupunun matçları baş tutacaq.
C qrupunda Azərbaycan Şimali İrlandiyanı qəbul edəcəyi halda, lider Almaniya son sıradakı San Marinonu sınağa çəkəcək. Norveçlə Çexiya isə ikincilikdən əl çəkməmək üçün bir-biriləri ilə oynayacaqlar.
E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı qonaq edəcək. Danimarka isə Qazaxıstan səfərinə yollanacaq.
F qrupunda İngiltərə – Şotlandiya matçı prinsipiallığı ilə diqqət çəkir.
DÇ-2018-in seçmə mərhələsi
VI tur
10 iyun
C qrupu
20:00. Azərbaycan – Şimali İrlandiya
22:45. Almaniya – San Marino
22:45. Norveç – Çexiya
E qrupu
20:00. Qazaxıstan – Danimarka
22:45. Monteneqro – Ermənistan
22:45. Polşa – Rumıniya
F qrupu
20:00. Şotlandiya – İngiltərə
20:00. Sloveniya – Malta
22:45. Litva – Slovakiya
VOİCEPRESS.AZ







