Almaniya İncirlikdən çıxır

5 İyun, 19:43

Almaniya mediası: “Qabriel əliboş qayıdır. Türkiyə Qabrielə yolu göstərdi”

Almaniya Türkiyənin İncirlik aviabazasından çıxır.

VOİCEPRESS “Haberler”ə istinadən xəbər verir ki, Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel “İncirlikdən çıxırıq” deyib. Lakin məsələ ilə bağlı Almaniyadan hələ rəsmi açıqlama gəlməyib.

Bu gün Z.Qabriel ilə birgə mətbuata bəyanatlarla çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib: “Hazırda İncirlik hərbi bazası deyil, Konyadakı NATO bazasına getmək mümkündür”.

Almaniya mediası Z.Qabrielin səfərini “Qabriel əliboş qayıdır. Türkiyə Qabrielə yolu göstərdi” kimi şərh edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here