“Zəfər günləri” davam edir: Qalib idmançılarla görüş

17 May, 16:13

Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.

VOİCEPRESS bildirir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları 13 medal qazanıblar. Bu medallardan 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.

Sonra medalçılara hədiyyələr verilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here