Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın qızı Marianını it dişləyib. VOİCEPRESS-in məlumatına görə, köpək Sevastopolun Primorski bulvarında 7 yaşlı Mariannaya hücum çəkib.
M. Zaxarovanın qızı 5 saylı xəstəxanaya aparılıb. Lakin xəstəxanada zəruri dərman preparatları olmayıb, təcili yardım maşınında da benzin qurtardığından başqa xəstəxanadan dərman gətirmək alınmayıb.
Xəstəxananın baş həkimi Marina Ziminanın dediyinə görə, iddialar yalandır: “Xəstəxanada peyvənd də var, maşında benzin də. Sadəcə, Mariya Zaxarova uşağını harada müalicə etdirəcəyinə qərar verməyib”.
“Mariannanı it dişləməsi ilə bağlı məlumatlar və zənglər gəlir. Uşaq macərasının belə vurnuxmaya səbəb olacağını bilməzdim. Olub, it dişləyib. İt sahibsiz deyil, peyvənd olunub. Qızıma zəruri tibbi yardım gböstərilib. Diqqətə və qayğıya görə hamıya təşəkkür edirəm”. Zaxarov “Facebook” səhifəsində yazıb
VOİCEPRESS.AZ