VOİCEPRESS xəbər verir ki, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə, fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir. Layihə iştirakçılarının təhsil imkanlarının müəyyənləşdirilməsi, bu mövzuda məsləhətlərin təşkili və iştirakçıların düzgün istiqamətləndirilməsi, eləcə də xarici dillərin, layihə yazmaq qaydalarının, kompüter proqramlarının öyrədilməsi məqsədi ilə təlimlərin təşkil edilməsi də nəzərdə tutulub. Layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyası da layihə çərçivəsində görüləcək işlər siyahısında yer alıb. Layihə çərçivəsində iştirakçıların məğulluq problemlərinin həllinə dair işlər görüləcək, mövcud imkanlar müəyyənləşdirilib, inkişaf etdirilib üzə çıxarılacaq, təhsil problemlərinin həlli yönündə fəaliyyətlər olacaq.
VOİCEPRESS.AZ