Xəbərdarlıq- Hava kəskin soyuyacaq

10 May, 13:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here