Polşanın ABŞ-dakı fəxri konsulu Mariya Szonert Binienda Facebook-dakı paylaşımına görə işdən kənarlaşdırılıb.
VOİCEPRESS xarici mətbuata istinadən bildirir ki, Ohayo ştatındakı fəxri konsul barədə qərarı Polşanın xarici işlər naziri Vitold Vaçikovski qəbul edib.
VOİCEPRESS xarici mətbuata istinadən bildirir ki, Ohayo ştatındakı fəxri konsul barədə qərarı Polşanın xarici işlər naziri Vitold Vaçikovski qəbul edib.
Xanım konsulun Facebook səhifəsində Avropa Şurasının sədri Donald Tuskun CC formasındakı kollajı yayılıb. Xanım konsul isə Facebook səhifəsinin parolunun ələ keçirildiyini bildirib: “Mən Donald Tuskun CC formasındakı fotosunu kollaj etməmişəm. Mən nasist simvolları ilə təbliğatın əleyhinəyəm”.
Xanım konsul belə hesab edir ki, son proseslər “Smolensk işi” ilə bağlı ola bilər. Belə ki, konsulun həyat yoldaşı Smolenskdə Polşa prezidenti Lex Kaçinskinin həlak olduğu təyyarə qəzasını araşdıran komissiyanın üzvüdür.
VOİCEPRESS.AZ