Üzeyir Cəfərov: “Bəziləri heç 12 may 1994-cü il tarixli Bişkek Protokolu əsasında qərara alınan atəşkəs haqqında qüvvəyə minmiş sənədi heç yadına da salmır”

12 May, 10:29

Bu gün o qədər mühüm tədbirlər, o qədər görüşlər var ki, ola bilsin bəziləri heç 12 may 1994-cü il tarixli Bişkek Protokolu əsasında qərara alınan atəşkəs haqqında qüvvəyə minmiş sənədi heç yadına da salmır.

VOİCEPRESS xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. O, qeyd edib ki, mən o sənəd qəbul olunanda Füzuli döyüş briqadasının komandir müavini vəzifəsində idim, polkovnik-leytenant rütbəsində xidmət keçirdim. “İndi çiynində general və polkovnik rütbəsi daşıyan bəzi bizi bəyənməyən yoldaşlara xatırlatmaq istərdim ki, biz o vaxtlar da, indi də ancaq və ancaq doğma Azərbaycanımızın, onun şərəfli Silahlı Qüvvələrinin mənafeyini qorumaqla məşğul idik. Başımız çox bəlalar çəkdi, amma biz öz haqq yolumuzdan dönmədik və heç vaxt da dönən deyilik. Biz bu torpaqda dünyaya göz açdıq və bu torpaqda da həyata əbədi gözümüzü yumacağıq. Amma, şəxsən mən çalışıram ki, bizdən sonra gələn nəsillər heç olmasa bizim üzləşdiyimiz çətinlik və problemlərlə baş-başa qalmasın. Ən əsas da Qarabağ kimi böyük bir problemi biz MÜTLƏQ HƏLL ETMƏLİYİK. Nəyin bahasına olursa olsun. Əgər bu problem həllini tapmasa, bir çox ədalətsizliklər aradan qaldırılmasa, bizdən sonrakı nəsil daha ağır və faciəvi vəziyyətlə üzləşə bilər. Çünki bizim nankor qonşularımız və onların havadarları gecə-gündüz ancaq onu arzulayırlar ki, Azərbaycanı və azərbaycanlıları öz təsiri altına salsınlar”.

“İnşallah, onların qara niyyətləri gözlərində qalacaq. Nə qədər biz varıq, bu Dövlət və bu Xalq yaşayacaq”.

Tanrı Azərbaycanı, Silahlı Qüvvələrimizi qorusun!!

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here