Rusiyanın etnik Azərbaycan vətəndaşlarına üzülməməyi tövsiyə edirəm. Rusiya Ali Məhkəməsi ÜAK-ı ləğv edib, lakin FMMM “AZƏRROS” var və onlar yeni “Rusiya Azərbaycanlılar Birliyi” təşkilatı yarada bilərlər. RF ali məhkəməsi (SQ) Ədliyyə Nazirliyinin tələbi ilə “Ümumrusiya azərbaycan konqresi” ictimai təşkilatı ləğv edib.
Qeyd edək ki, Ümumrusiya Azərbaycanlılar Konqresi Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. Bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyindən verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi “İctimai təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
VOİCEPRESS.AZ