Turist avtobusunun aşması nəticəsində ölənlərin sayı 23-ə çatıb-Yeniləlinib

13 May, 16:46

Türkiyədə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. VOİCEPRESS-in “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, Muğla valisi Amir Çiçek jurnalistlərə açıqlamasında bildirib ki, hadisə nəticəsində 23 nəfər ölüb, 11 nəfər yaralanıb: Qəza nəticəsində avtobusdakı hadisə yerində 17 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Ancaq daha sonra yaralılardan üçü xəstəxanaya aparılarkən yolda ölüb. Hazırda 11 yaralının da vəziyyəti ağırdır”.

A.Çiçek deyib ki, ölənlər arasında xarici turistlər yoxdur: “Avtobusdakı turist qrupunun əksəriyyəti qadın və uşaqlardan ibarət olub. Onlar İzmirdən Marmarisə gedirmişlər”.

İlkin ehtimala görə, avtobusun əyləc sistemi sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.

14:56
Türkiyədə turistləri daşıyan avtobus aşıb. VOİCEPRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qəza turist zonası hesab edilən Marmaris ərazisində, Muğla- Marmaris yolunda, döngədə olub. Avtobus uçurumdan yuvarlanıb

Türkiyədə baş verən qəzada ölənlərin sayı açıqlanıb. Muğla Valiliyindən verilən məlumata görə, avtobusda ümumilikdə 43 nəfər olub.

Qəza nəticəsində onlardan 17-i ölüb, 13 nəfər isə yaralanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here